Şirniyyat sevərlərə sadə RESEPT

Tərkibi:
6 yemək qaşığı manna yarması
4 stəkan süd
4 yemək qaşığı kokos
2 yemək qaşığı bal

Hazırlanması:
Əvvəlcə süd, manna və kokosu bişənə qədər alçaq qazda qarışdırırıq, bir neçə dəqiqə qaynatdıqdan sonra alovu söndürüb soyumağa qoyuruq. Bir az soyuduqdan sonra içinə balı əlavə edib qarışdırırıq. Ən son istədiyimiz qablara qoyub soyuducuya yerləşdirə bilərik. Qabı sulasanız, daha rahat çıxacaq.

Nuş olsun!