Bakıda lüks avtomobil qəza törətdi və…

Bakıda lüks avtomobil qəzaya uğrayıb.

ONN media  xəbər verir ki, səbəb sürücünün sürət həddinin aşdığı üçün idarəetməni itirməsi olub.

Hadisə saat 19:00 radələrində Heydər Əliyev prospektində olub. Üzü şəhər istiqamətində hərəkətdə olan “Dodge” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dəmir arakəsmələrin üzərinə çıxıb.

Məlumata görə, qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə ciddi zərər dəyib.(musavat.com)