Türkiyədə virusa yoluxanların sayı artdı – SON MƏLUMAT

Türkiyədə son sutka ərzində 930 yeni yoluxma faktı qeydə alınıb.

ONN media   xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 18 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 648, yoluxanlar isə 168 min 340 nəfərə çatıb.

Türkiyədə indiyədək 133 min 400 xəstə sağalaraq evə buraxılıb.