Qarabağda koronaya yoluxanların sayı artır

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsində koronavirusa yoluxanların sayı artır.

Son sutka ərzində Qarabağda 5 nəfər koronavirusa yoluxub.

Bununla da bölgədə koronavirusa yoluxanların ümumi sayı 64-ə çatıb.