Koronavirus niyə bu qədər yayıldı?

Koronavirusun mutasiya nəticəsində yoluxuculuğu artıb.

ONN media  xəbər verir ki, bu barədə məlumatı NTV yayıb.

Tədqiqatçılar koronavirusun mutasiyaya məruz qaldığını, ancaq bunun epidemiyanın gedişatını dəyişdirmək iqtidarında olub-olmadığının aparılan araşdırmalardan sonra bəlli olacağını açıqlayıblar.

Həmçinin, ABŞ tədqiqatçıları koronavirusun insan hüceyrələrinə daha asan yoluxacağı şəkildə mutasiyaya uğradığına inandıqlarını bildiriblər. Onlar bu səbəbdən ABŞ və Latın Amerikasında virusa yoluxma statistikasının yüksək olduğunu ehtimal edirlər.(axar.az)