Tanınmış aktyor İNTİHAR ETDİ

Məşhur Hindistan aktyoru Suşant Sinqx Radjput intihar edib.

ONN media  xəbər verir ki, Bollivud aktyorunun meyiti bu gün Mumbaydakı evində tapılıb.

Bildirilir ki, 34 yaşlı aktyorun yaxınları onun intihar etməsi barədə məlumat veriblər.

Qeyd edək ki, Suşant “Həyatımın üç səhvi” (Kai Po Che! 2013) filmindəki rolu sayəsində məşhurlaşıb. Bundan sonra o, məşhur tanınmış rejissorlardan film təklifləri alıb. Bundan əlavə, aktyor bir çox teleserrialarda da çəkilib.(publika.az)