Sabirabadda faciə baş verdi

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

ONN media naziriyə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.