Zəlzələ bu dəfə qonşu ölkəni silkələdi

İran İslam Respublikasında 5,1 bal gücündə zəlzələ olub.

ONN media  xəbər verir ki, bu barədə ölkənin Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:35-də qeydə alınıb. Zəlzələnin episentri Fars əyalətində, Beyram yaşayış məntəqəsindən 17 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 16 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir. / Report