“Eurovision 2021” BU TARİXDƏ keçiriləcək

“Eurovision” mahnı müsabiqəsinin gələn il keçiriləcəyi tarixlər müəyyənləşib.

ONN media  xəbər verir ki, Rotterdamda keçiriləcək mahnı müsabiqəsinin yarımfinalları mayın 18 və 20-də, finalı isə mayın 22-də baş tutacaq.

Müsabiqənin rəsmi saytında bildirilib ki, bu ilin mahnıları 2021-ci ildə təqdim edilə bilməz.

Qeyd edək ki, sözügedən müsabiqə koronavirus pandemiyasına görə təxirə salınmışdı.