QƏTİ QORXUSU YOXDUR, ƏMİ CANI – Cavid İSMAYIL YAZIR

Heç kimə sirr deyil ki,
dünyada tüğyan edən koronavirus pandemiyası, dünyanın bir hissəsi olan
Vətənimizdə də fəsadlar verməkdədir. Hər gün harada və kiminlə təmasda olmağından asılı olmayaraq
əsas söhbət pandemiyadan, koronavirusdan gedir.

Pandemiyanın ilk günlərindən bir qrup insanda xəstəliyə
inamsızlıq olsa da əksər insanlarımızda ​ gərginlik müşahidə edilirdi. İnsanlar
bu virusla bağlı məlumatsız olduğundan daha çox narahatlıq keçirirdilər. Yeganə
təsəlli, dövlətin ilk gündən təxirəsalınmaz, mərhələli tədbirlərin görülməsi
haqqında ​ qəbul etdikləri qərarlar idi.

Elə ​ tədirginlik içində olan insanlarımız ilk gündən apteklərə
maska üçün ​ üz tutsalar da bəzi​ işbazlar bu maskaları baha qiymətə satmağa və
hətta Azərbaycandan kənara çıxartmağa calışmışdırlar. Və bu zaman əksər
mütəxəssislər, o cümlədən Azərbaycandakı mütəxəssislər adi tibbi maskaların
xəstəlikdən qorumadığını iddia etməyə başladılar. Daha sonra dövlətimiz dərhal
maska ​ və digər xüsusi qoruyucu vasitələr istehsal etmək üçün müasir xəttin
gətirilməsi ilə​bağlı ​ addımlar atdı və müasir xətt yaradıldı. Paralel olaraq
maskaların aktuallığı da intensivləşməyə başladı. Elə bu fonda ​ bütün ​
mütəxəssislər maskanın taxılmasının vacibliyini vurğulamağa başladı.
Sərtləşdirilmiş karantin rejiminin yumşaldılması, ardınca maska taxılmadığı
halda müəyyən məsuliyyət tədbirləri nəzərdə tutulmasa da, xəstə sayının günü
-gündən artması elə içtimai yerlərdə maskalardan istifadə edilməsini
aktuallaşdırdı və qanunvericilikdə edilmiş dəyişikliklə maska taxmayan
insanların inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ortaya çıxdı.

Eyni zamanda koronavirusdan dünyasını dəyişənlərin xüsusi
qaydada dəfn edilməsi haqqında ictimaiyyətə məlumatlar verildi və müəyyən
şəxslərin xüsusi qaydada dəfn prosesi də ictimailəşdi.

Bəzi insanlar hələ də koronanın yalan olduğunu deyir, xəstələrin
sayı və vəfatı ilə əlaqədar ziddiyətli fikirlər gündəmi zəbt edir.

Gələk dəfnə.

Elə bu günlərdə milli musiqi sənətinin tanınmış
nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu
Mustafayevin – Teymur əminin ömrünün 82-ci ilində koronadan​ vəfat etdiyi rəsmi
olaraq bəyan edildi. Allahdan rəhmət diləyirəm. Ruhu şad
yeri cənnət olsun inşallah.

Təbii ki, bir gün dünyaya
gələn bir gün haqq dünyasına qovuşacaq. Bu həyatın qanunudur. Lakin koronadan
dünyasını dəyişən olanda bir az duyğularda da fərqlilik olur məncə.

Və bu xəbərin ardınca İctimai Televiziyanın xəbərlər portalında
Xalq artistinin özünün vəsiyyətilə doğma kəndində dəfn edildiyi haqqında xəbər
lenti nümayiş etdirildi. Təbii ki, Teymur əminin daha layiqli dəfninin
tərəfinəyəm. Çünki ömrünü Azərbaycan mədəniyyətinə sərf etmiş bir sənət
adamının dəfnində iştirak etmək istəyən həm sənət dostları, qohumları, onun
sənətinin vurğunları vardı. Lakin məlum pandemiya zamanı həm xüsusi qaydalar və
koronavirusdan ölənlərin dəfninin ​ xüsusi qaydada​olması​ buna​ imkan​vermir.
Amma bu sujetə baxandan sonra mən çox təəccübləndim. Belə ki, mərhumu evindən
insanlar çiynində qəbiristanlığa gətirdilər və orada həmin​ insanaların
iştirakı ilə dəfn edildi. Təbii ki, ilk baxışdan hər şey öz axarı ilə gedir.
Lakin sual. Əgər Teymur əmi koronavirusdan dünyasını dəyişibsə, niyə xüsusi
tələblərə uyğun dəfn edilməyib? Xüsusi qaydalar qəbul edilib axı. Bəs ordaki
insanların sağlamlılığı üçün təhlükəli olmadı? Və ya əgər Teymur əmi
koronavirusdan dünyasını dəyişməyibsə nədən onda ​ koronovirusdan dünyasını
dəyişdiyi rəsmi ​ bəyan edildi?

Cənablar, ​ sizcə burda parodoksal
bir şey yoxdur?

Sosial
şəbəkələrdə dəfn zamanı insanların toplaşması müzakirə obyekti oldu. Rəsmi
münasibət də gecikmədi. Elan edildi ki, insanlar qaydalara uyğun 10 nəfərdən
yuxarı toplaşdığı üçün inzibati məsuliyyətə cəlb edildi. Bunu anladım. Bu epizotdda
konkret 10 nəfərdən artıq toplaşmaq qadağandır. Bəs yuxarıda qeyd etdiyim halın
cavabını kim verəcək? Və ya kim nəzarət etməlidir? Yaxud“TƏBİB” bu halda qərar
verib ki, qəti qorxusu yoxdur, əmi canı?!!!

Hə, yeri gəlmişgən cənab yetkililər, sizə elə gəlmirmi ki, insanlarımızın etinatsızlığı fonunda sizin uğursuzlğunuz görsənir?

Və ya bəzi insanların xəstəliyə etinadsız münasibəti kimlərin xeyrinədir?

Cavid İSMAYIL.