Emmi mükafatlarının təqdimat tarixi açıqlandı

72-ci Beynəlxalq Emmi Mükafatlarının təqdimetmə mərasiminin tarixi açıqlanıb.

ONN media  xəbər verir ki, bu barədə mükafatlandırma gecəsinin aparıcısı Cimmi Kimmel Tvitter hesabında məlumat verib.

O bildirib ki, mərasim sentyabrın 20-də keçiriləcək.

Emmi 2020 mükafatlarının nominantları isə iyulun 28-də məlum olacaq.

Qeyd edək ki, tədbir 1949-cu ildən başlayaraq hər il keçirilir.