Həyat yoldaşını özünə menecer seçdi

“Sefirin kızı” serialında Nare obrazını canlandıran aktrisa Neslihan Atagül həyat yoldaşı, aktyor Kadir Doğulu ilə birgə işləyəcək.

ONN media  xəbər verir ki, aktrisa bir neçə gün əvvəl meneceri ilə yollarını ayırıb.

Neslihan yeni menecer axtarmamaq üçün bu işi həyat yoldaşına təklif edib. K.Doğulu da aktrisa ilə çalışmağa razılıq verib.