Okeana atılmış butulka vasitəsilə dost oldular – VİDEO

ABŞ-da iki yeniyetmə okean sularında 700 mil məsafəni qət edən şüşə butulkadakı məktubun sayəsində dost olublar.

ONN media  xəbər verir ki, Florida ştatında yaşayan 11 yaşlı Sofiya Vilson karantin günlərində öz xəyallarını məktuba yazaraq, şüşə butulkaya qoyub və okean sularına atıb.

Bir müddət sonra 11 yaşlı Sara Bet adlı qız şüşə butulkanı Şimali Karolina ştatının sahillində tapıb.

Hazırda qızlar dostlaşıb və yaxın günlərdə görüşməyi düşünürlər.