“Qalatasaray” və “Beşiktaş”ın keçmiş ulduzu klubsuz qaldı

Niderlandın “Ayaks” klubu iki futbolçusu ilə yollarını ayırıb.

ONN media  xəbər verir ki, bunlar Rayan Babel və Bruno Vareladır.

Amsterdam təmsilçisi hər iki futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Rayan Babel Niderland millisinin üzvüdür. O, əvvəllər Türkiyədə “Kasımpaşa”, Beşiktaş” və “Qalatasaray”ın da formasını geyinib.