Bulqur salatı resepti

Tərkibi:
Bir stəkan bulqur
İki pomidor
Üç xiyar
Bir qırmızı bibər
Bir yaşıl bibər
İki qırmızı soğan
100 qram smetan
100 qram qatıq
Zövqə uyğun göyərti
Zövqə uyğun ədviyyat

Hazırlanması:
Bulquru süzgəc vasitəsilə yaxşı yaxşı yuyuruq, sonra qaynamağa qoyuruq. Bu müddət ərzində digər inqredientləri xırda-xırda doğrayırıq. Bulqur qaynadıqdan sonra onu süzüb soyumağa qoyuruq. Bütün inqrediyentleri qarışdırıb üstünə soyutduğumuz bulqur smetan və qatığı əlavə edirik. Geriyə qalan sadəcə yaxşıca qarışdırmaqdı.

Nuş olsun!