Tramp Çini cəzalandıracağına söz verdi

ABŞ prezidenti Donald Tramp yenidən koronavirus pandemiyasına görə Çin Xalq Respublikasını cəzalandıracağını vəd verib.

ONN media  xəbər verir ki, Tramp deyib ki, Çinin yalanı, onun gizliliyi və problemləri xalçanın altına süpürmək cəhdləri virusun 189 ölkədə yayılmasına imkan verdi:

“Çin tam məsuliyyətə cəlb edilməlidir. Çindən yalnız koronavirus deyil, “həm də başqa viruslar çıxıb””.

Ancaq ABŞ prezidenti nəyi nəzərdə tutduğunu izah etməyib.

Öz növbəsində Çin Xalq Respublikası da ABŞ-ın Pekinin virusu yayması barədə ittihamlarını rədd edir.