Qardaş ölkədə Səhiyyə naziri koronavirusa yoluxdu – FOTO

Pakistanın Səhiyyə naziri Zəfər Mirzə koronavirusa yoluxub.

ONN media xəbər verir ki, nazirin COVID-19 testi pozitiv çıxıb.

“Tvitter” hesabından açıqlama verən Z.Mirzə xəstəliyin yüngül simptomlarını keçirdiyini, həkimlərin tövsiyəsi əsasında öz evində izolyasoya olunduğunu bildirib.

Qeyd edək ki, Mirzə Pakistan hökumətində virusa yoluxan 4-cü nazirdir. Bundan əvvəl Xarici İşlər naziri Şah Mahmud Qüreyşi, Dəmiryolları naziri Şeyx Rəşid Əhməd, Əyalətlər və Sərhəd Bölgələrindən məsul və Narkotiklə Mübarizə naziri Şəhriyar Afridi də koronavirusa yoluxmuşdu.