Ramzan Kadırovu tənqid edən çeçen ÖLDÜRÜLDÜ

Çeçenistan lideri Ramzan Kadırovu tez-tez tənqid edən müxalif çeçen Məmikxan Umarov Avstriyanın paytaxtı Vyanada sui-qəsdə qurban gedib.

ONN media xəbər verir ki, Çeçen İçkeriya Respublikasının Avropadakı nümayəndələrindən biri olan Umarov başından aldığı güllə yarasından dünyasını dəyişib.

Avstriya polisi qatilin qaçdığını, daha sonra Linz şəhərində yaxalandığını açıqlayıb.(publika)