Buddha Bar Beachdən yay kokteyli resepti

Tərkibi:
40 ml – giləmeyvə çayı
20 ml – qarağat siropu
20 ml – şaftalı siropu
20 ml – manqo siropu
10 ml – laym şirəsi
30 ml – tonik

Hazırlanması:
Kokteyli hazırlamadan öncə giləmeyvə çayı dəmləməliyik. Daha sonra bütün inqrediyentləri şeykerə atıb, qarışdırırıq. Hazırdır? Kokteyli içində buz olan qədəhə tökürük, toniki əlavə edirik – və yay içkisi hazırdır. Həzz alın!

Nuş olsun!