Ölkədə daha bir həkim koronavirusa yoluxdu

Bakıda koronavirus xəstələrini müalicə edən daha bir həkim virusa yoluxub.

ONN media xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-reanimotoloqu Elnur Abdullanın da koronavirus testinin cavabı pozitiv çıxıb.

Məlumata görə, o hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır.