Polşadan Azərbaycan Ordusuna QÜRURVERİCİ DƏSTƏK

Polşada yaşayan azərbaycanlılar Azərbaycan Ordusuna dəstək aksiyası keçirir.

ONN media   xəbər verir ki, nümayişlər Polşanın paytaxtı Varşavada Azərbaycan səfirliyinin qarşısındadır.

Aksiyada “Qarabağ”, “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz – Vətən bölünməz”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” “Biz  Ordu  ilə  birlikdəyik” şüarları səsləndirilib. “Sarı  gəlin”  Azərbaycan  xalq mahnısı  səsləndirilib.

Bildirilir ki, həmyerlilərimiz bir qrup erməninin Azərbaycan səfirliyinə qarşı təxribatına cavab olaraq toplaşıb.

Qeyd edək ki, nümayişdə 200-dən çox azərbaycanlı iştirak edir.