Koronavirusu məhv edən tibbi maska hazırlandı

Lissabondakı Molekulyar Tibb İnstitutunun bir qrup alimi, üzərinə düşən koronavirus hissəciklərini zərərsizləşdirə biləcək qoruyucu maska ​​hazırlayıblar.

ONN media  xəbər verir ki, bu barədə “La Razon” nəşri yazıb. Qeyd edilir ki, bu nailiyyətə suyadavamlı təbəqə və xüsusi örtüklü parka sayəsində nail olublar. Belə ki, təcrübə zamanı maskanı koronavirus molekulları olan məhlulun içinə salıblar.

Fransanın Paster İnstitutunda aparılan tədqiqatlar zamanı maskanı azı 50 dəfə yuyub istifadə etməyin mümkünlüyü sübut olunub.