İlanın başını vaxtında əzmək lazımdı – Züleyxa NADİR yazır

Züleyxa NADİR xüsusi olaraq ONN media üçün.

Dünyanın başı üzərində  COVİD-19 adlı kabusun dolaşdığı  bir zamanda, bir çox ölkələrin başqa bir səbəbdən bir balaca  rahatlığı pozulub. Bu,  Avropada, ABŞ-da  yaşayan azərbaycalılarla ermənilər arasında olan  toqquşmalardı, qarşılıqlı  əlbəyaxa davalardı. Avropada, ABŞ-da dinc aksiyaya çıxan azərbaycanlılar ermənilərin barbar hucumuna məruz qalırlar. Əslində bu təkcə erməni xislətinin murdarlığından  irəli gələn  fakt deyil. Onlar Tovuz döyüşçlərindəki məğlubiyyəti  günlərdi həzm edə bilmirlər. Sərhəddə gəbərən əsgər və zabitlərinin heyfini çıxmağa çalışırlar. Bu cür cılız və cürük təfəkkür  murdar erməni xislətinin göstəricisidir. Sən, erməni, xalqını belə çox sevirsənsə,  gəl burda Azərbaycan əsgərinin qabağına çıx. Amma gələ bilməzsən. Çünki “sən köləsən, sən qorxaqsan, sən ermənisən” (Puşkin). Dünyanın harasında olursa-olsun erməni ermənidir. Özlərini yaşadıqları ərazinin ağası hesab edirlər. Ona görə də gözləri ayaqlarının altını görmür. Azərbaycan ordusuna dəstək üçün dinc aksiyaya toplaşan minlərlə azərbaycanlının həmrəyliyini gözləri götürmür.

Son günlər
yayımlanan videolar arasında ikisi diqqətimi çəkdi. Birində Gürcüstandakı azərbaycanlı
qadının erməniyə dərs verməsi görüntülənib. Erməni avtomobilini hansısa binanın
qabağında park edir. Bu vaxt içəridən çıxan gənc qadın ona yaxınlaşıb
avtomobilini bir az kənara çəkməsini tələb edir. Çünki erməni avtomobilini  xanımın yolunda saxlayıb. Aralarında  mübahisə düşür, erməni maşını çəkmir, kobud
davranır, xoçagəlməz ifadələr söyləyir və uzaqlaşır.  Xanım sakitcə avtomobilinə oturur və
yolunun  üstündə olan  erməni avtomobini əzərək keçir. İlk baxışda
xoşagəlməz hal kimi diqqət çəkir. Ammma mahiyyətinə varanda “əcəb etdin bu
alçağa dərs verdin, əllərinə sağlıq” demədən sakitləşmək olmur. İkinci görüntüdəki
hadisə isə erməni murdarlığını cılpaqlığı ilə ortaya qoyur. Bir dəstə erməni
ovuclarına topladığı daşları azərbaycanlılara məxsus restoranın  qapısına, pəncərəsinə atıb şüşələri sındırır
və arxalarına baxmadan qaçırlar. Beləsinin cavabını susmaqla, ya da qanun  cərcivəsində həll etməklə vermək doğru olmaz.
Onlara məhz öz dillərində cavab vermək məqbuldu.

Bu gün
Avropa ölkələrində yaşayan azərbaycanlılar müxtəlif səbəblərdən oralara üz
tutublar. Məmur özbaşınalığından narazı olanlar, daha çox qazanc əldə etmək
üçün gedənlər, dövlətdən narazılıq edənlər bu gün Avropa ölkələrində özlərinə
pis-yaxşı güzəran qurublar. Nə etməli? Bu dünyada hər kəsin  bir yaşam tərzi, bir dünya baxışı var.  Bəlkə də onların arasında eləsi var ki, orda
doğulub. Bəlkə də öz aralarında hansısa bir məsələdən dolayı bir-biri ilə
narazılıq edənlər də var. İnsanlıq halıdı, hər şey ola bilər. Amma son günlərin
hadisələri göstərdi ki, bu adamlar vətən, Azərbaycan adı gələndə hər şeyi
unutdular, bütün narazılıqları, müxalif fikirləri kənara qoyub çəkici bir
zindana vurdular: Qarabağ Azərbaycanındı! Çünki onların hər birinin  qanında, canında Azərbaycan sevgisi, vətən,
torpaq  təəssübü var. Bunu bütün dünya
gördü. Tarix sübut edir ki, əgər bir xalq müharibə aparırsa,  hər yerdə, hər sahədə səfərbər olmalıdır. Bu
baxımdan  təkcə Qarabağ ərazisində, Tovuz
sərhədində yox, dünyanın hər yerində etiraz  qığılcımları olmalıdır. Bu qığılcım güclü
alova  çevrilməsə də savaşın sonuna qədər
yanmalıdır. Əlbəttə, başqa bir dövlətin ərazisində əlinə silah alıb vuruşmağı
demirəm. Amma təbliğat aparmaq, dinc aksiya keçirmək, informasiya savaşında
üstünlüyü əldə saxlamaq kimi “döyüş” taktikası hər zaman öz müsbət effektini
verir. Bunları da elə etmək lazımdır ki, yaşadığın ölkəyə xələl gətirməsin,
onun dövlətçiliyinə ziyan dəyməsin, insanların rahatlığı pozulmasın.

İllərdi  xaricdəki azərbaycanlaılar məhz bu bu cür döyüşürlər. Amma son günlərin hadisələri döyüşü tamam başqa bir müstəviyə daşıyıb. Demək olar ki, az qala bütün dünyada erməni-azərbaycanlı savaşı getməkdədir. Bu savaşa sosial şəbəkələr də qoşulub. Qarşılıqlı olaraq hər iki tərəfin sosial şəbəkə istifadəçiləri  dava-dalaş, söyüş görüntüləri paylaşır,  xoşagəlməz şərhlər yazırlar. Görünən o ki, “qisasa qisas savaşı” Avropanı başına alıb. Bu,  bir tərəfdən heç də doğru yol deyil, amma digər tərəfdən 30 ildi dözüm nümayiş etdirən bir xalq üçün səbr kasasının daşması deməkdi. Ki… son damla Tovuz döyüşlərindəki şəhid generalımız oldu. Əgər bir millətin generalı döyüşün önündə gedirsə, onu savaşdan saxlamaq olarmı?

İndi ara – sıra fikirlər səslənir ki, xaricdəki soydaşlarımız gərək  vətəndaşı olduğu ölkənin hüquq-mühafizə orqanlarına müraciət edəydilər. Məsələn, ermənilərin kütləvi məskunlaşdığı, az qala  şəhəri “özəlləşdirdikləri” Los-Ancelesdəki hadisədə xəsarət alan həmyerlilərimizə ABŞ dövləti hansı köməyi edə biləcək? Etməyəcək. Çünki orda külli-ixtiyar sahibi ermənilərdi – bu faktdi, kimsə dana blməz. ABŞ-ın əlaqədar qurumları belə erməni özbaşınalığına qarşı dura bilməz. Bunun da müxtəlif səbəbləri var, hər kəs bilir, sadalamağa ehtiyac  duymuram. Eləcə də Rusiyada… o ölkənin sənədli-sübutlu vətəndaşı olan  ermənini hakimiyyətin  ən üst qatında oturan  erməni soydaşımı mühakimə edəcək? Etməyəcək! Ona görə də orda  küçə savaşlaında erməniyə layiqli cavab verən azərbaycanlılara haqq qazandımaqdan başqa yol yoxdu. Erməni istəyir ki, azərbaycanlını cəzalandısın, amma artıq dözümü  bitən hər bir soydaşımz “əks hücumda” hazır dayanıb. Sıravi azərbaycanlı ilə yanaşı böyük biznesinin Rusiya iqtisadiyyatının güclənməsində rolu olan soydaşlarımız da düşmənə öz təpkisini verir.

Bütün bu hadisələrdə  alnından daş yarası alan, yaxud da başı yarılan, qol-qıçı sındırılan  soydaşlarımızn fiziki ağrısından da dəhşətli olan başqa bir ağrı bilirsinizmi nədi? Pasportunda azərbaycanlı adını və soyadını  daşıyan bəzi həmvətənlərimizin  atdığı cirkab. Əllərində olan internet resurslarından dünyaya bəyan edirlər ki, günah azərbaycanlılardadı, onların vəhşi davranışlarındadı. Doğrusu, adamı bir sualın nifrəti bürüyür: doğrudanmı sənin damarlarında axan maye yüz faiz azərbaycanlı qanıdı? Şəxsən mən şübhə edirəm. Amma nə olsun, mənim şübhəm, yaxud da nifrətim nəyi dəyişir? Avropa, ABŞ mənim  şübhələrimə, nifrətimə – çox üzr istəyitrəm – qoz da qoymur. Onlar məhz  bu qanı kirlilərə meydan veriblər ki, Azərbaycana qarşı nifrət, kin püskürsünlər. Belələri ermənidən  mənfurdu.

İllərlə
erməni lobbisinin gücünə həsəd aparmışıq. Amma bu gün Azərbaycan lobbisi
onlardan da güclü olduğunu sübut etdi. Bu, həm də Azərbaycan dövlətinin gücü,
onun xarisi siyasətinin uğuru deməkdi. Bu, o deməkdi ki, dünyanın harasında
yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının dövlətə bağlılığı möhkəmdi.
İndiyə kimi həmin möhkəmliyi qanun daxilində 
qoruyub saxlamışıq,  mübarizəni
sivil yolla aparmışıq. Erməni vəhşiliyinə qarşı Avropanın mərkəzində elə Avropa
standartlarına uyğun da “cavablar” vermişik. Amma indi dönüb arxaya baxanda
aydınca görmək olur ki, bu cür mədəni davranışlar, standart nümyişlər heç də
faydalı olmayıb. Erməni erməniliyindən qalmırsa, azərbaycanlı niyə mədəniyyət
nümayiş etdirsin?!

Erməni hər
zaman  yaşadığı dövlətin qanunlarına yox,
onun  rəhbərlərinə güvənib. İkili
standart  sərgiləyən Avropa, eləcə də
Rusiya onlara “gözün üstə qaşın var” deməyib. Yəqin ki, bu belə getməyəcək. Bir
gün Rusiya  fərqinə varacaq ki, daxilində
baş verən bu toqquşmalar məhz onun özünə zərər verir. Vaxtilə imperiyanı
laxlatmaq üçün toqquşmalar yerlərdə başladı. Azərbaycandan, Gürcüstandan, Orta
Asiya respublikalarından  başlayan
qığılcım ətrafa yayılaraq alova çevrildi. Amma bu gün Rusiyanın mərkəzindən
başlayan qığılcım Rusiya sərhədlərindən kənara çıxmayacaq. Ona görə də Rusiya
dövləti  öz ərazisində meydan verdiyi erməninin
əl-ayağını yığmalı, ipini çəkməlidi. Əks halda azərbaycanlılar bu “ipi kəsəcəklər”.

Bu gün
erməniyə istər Qarabağda, istər ölkə sərhədlərində, istərsə də sərhəddən kənarda
lazımı cavabı vermək lazımdı. Bu, labüddü! Biz 30 ildi səbr, dözüm nümayiş
etdiririk. Artıq dözümümüz də tükənib. Dözüm bitən yerdə ölüm başlaylır. Vətən
uğrunda ölüm ölümlərin ən şərəflisidi. Torpaq uğrunda şəhid olmaq  zirvələrin 
ən ucasıdı. Biz bu ölümə hazırıq, o zirvəyə ucalmağı göz önünə
almışıq.  ”Uf” demədən, gözümüzü qırpmadan
düşməni məhv edəcəyimiz günü gözləyirik. Biz şəhid olmaqdan ötrü ölürük! Bunu
son  həftələrin Tovuz döyüşləri sübut
etdi. İndiki halda isə dünyada yaşayan azərbaycanlıları susdurmağın tərəfdarı
deyiləm. Erməniyə dərs vermək lazımdı. Bu dərs dinc aksiyalarda baş qaldıran,
ilan kimi qəfil  üstünə sıçrayıb
sancmaq  istəyən ermənin başını əzməkdən
keçir.

İlanın
başını vaxtında əzmək lazımdı…