Federasiya prezidenti nazirlikdə vəzifəyə təyin edildi

Müdafiə Sənayesi Nazirliyinə məxsus Xaçmaz Kondensator Zavodu MMC-nin direktoru Telman Məlikov vəzifəsindən azad edilib.

Müəssisəyə rəhbərlik Maarif Bağırova həvalə olunub.O, bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarını qida ilə təchiz edən “Xəzər İaşə” MMC-nin ümumi məsələlər üzrə direktor müavini işləyib. Yeni direktor paralel olaraq Azərbaycan Karate Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.(Report)