Bu ölkədən azərbaycanlılar təxliyə edildi

Hindistandan 4 Azərbaycan vətəndaşı Gürcüstan vasitəsilə Vətənə təxliyə olunub.

ONN media bildirir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Həmin şəxslərlə yanaşı Azərbaycanda daimi yaşamaq icazəsi olan Hindistan vətəndaşının da təxliyəsi təmin olunub. Onlar Dehlidən Tbilisiyə təyyarə ilə gəliblər.

Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 5 nəfər “Qırmızı körpü” sərhəd keçid məntəqəsinə çatdırılıb.