Çia və bananlı keks resepti

Tərkibi:

2 yumurta
5 banan
3 xörək qaşığı çia toxumu
200 qr pəhriz kəsmiyi
70 qr yulaf unu
1çay qaşığı soda/50 qr qabartma tozu
İstəyə əsasən vanilin
İstəyə əsasən darçın

Hazırlanması:

İlk öncə bananları əzirik. Sonra kəsmik ilə yumurtanı qarışdırırıq. Daha sonra unu əlavə edib yaxşıca qarışdırırıq. Daha sonra çia toxumunu, vanilini əlavə edirik. Sodanı da qatıb yaxşıca qarışdırırq. Daha sonra 180 dərəcə ilə 40-45 dəqiqə sobaya qoyuruq. Hazır olandan sonra üzərinə darçınımızı əlavə edirik.

Nuş olsun!