Hepatit B-nin əlamətləri necə olur? – HƏKİM AÇIQLADI

Hepatoloq, Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Tədqiqat şöbəsinin müdiri Çavdar Pavlov hepatit B xəstəliyinin əlamətlərini açıqlayıb.

ONN media  xəbər verir ki, onun sözlərinə görə, erkən mərhələdə xüsusi simptomlar olmur, onlar “inkişaf etmiş mərhələlərdə” görünür – bunlar qarın piylənməsi və ayaqlarda şişkinlikdir. Bununla birlikdə qan testi hepatit B virusunun olub-olmadığını dəqiq müəyyənləşdirməyə kömək edəcək.

Həkim hepatit B-yə səbəb ola biləcək risk faktorları barədə də xəbərdarlıq edib. Eyni zamanda, alkoqolun virus və piylənmə ilə birləşməsi qaraciyərin zədələnməsi mərhələsinin sürətlənmiş inkişafına və ağırlaşmalara səbəb olur.

Hepatit B virusuna yoluxmuş insanların əhəmiyyətli bir hissəsi infeksiya xroniki formaya keçdikdən və ya bir neçə onillikdən sonra xəstəliklərindən xəbər tutur.

Virusa yoluxduğundan xəbəri olmayan insanlar bilmədən onu digər insanlara ötürə bilərlər.