Bakı klubu yeni transferini reallaşdırdı

“Səbail” yeni transferi Florian Kadriunun keçidini həll edib.

ONN media  klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Albaniya əsilli makedoniyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb.

O, 2020/2021 mövsümünün sonunadək “dənizçilər”in formasını geyinəcək.

Qeyd edək ki, Kadriu Albaniyada “Tirana” və “Teuta”, Şimali Makedoniyada isə “Şkupi”, “Rabotniçki” və “Renova” klublarında çıxış edib.