Azərbaycan idmançılarının qatılacağı Avropa çempionatı ləğv edildi

Bu il Estoniyanın Tartu şəhərində keçirilməsi planlaşdırılan triatlon üzrə Avropa çempionatı ləğv olunub.

ONN media  xəbər verir ki, qurum koronavirus pandemiyası və onun səbəb olduğu səyahət məhdudiyyətlərinə görə bu addımı atıb.

Turnirdə Azərbaycan idmançılarının da iştirakı gözlənilirdi.

Qeyd edək ki, Avropa çempionatı avqustun sonunda təşkil olunmalı idi.