Tamer Karadağlı: “Özcan Dəniz məni qısqanırdı”

Türkiyəli aktyor Tamer Karadağlı “Julide Ateş ile 40” verilişində qonaq olub.

ONN media  xəbər verir ki, “Asmalı Konak”da rol almağa təklif alan aktyor həmin ərəfədə “Çocuklar duymasın” serialına çəkilmişdi.

O, aparıcının “Özcan Dənizi qısqanırdınız” sualına belə cavab verib:

“Qonaq otağı və mətbəxdə serial çəkmək ilə reytinqlərdə “Asmalı Konak”ı keçirdik. Çox təəccüblü idi. Deyəsən, Özcan Dəniz məni qısqanırdı”.