Tovuzda 30 yaşlı qadın bıçaqlandı

Tovuz rayonunda qadının bıçaq xəsarəti alması ilə nəticələnən hadisə qeydə alınıb.

Hadisə Aşağı Quşçu kəndində baş verib. 1990-cı il təvəllüdlü R.Məmmədova bıçaq xəsarəti alıb. Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Qadının hansı şəraitdə bıçaq xəsarəti alması hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.