Minlərlə insan həbs olundu – Belarus etirazlarının nəticələri açıqlandı

Belarusda prezident seçkilərindən sonra baş qaldıran etiraz aksiyalarında 3 min nəfər saxlanılıb.

ONN media  xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova açıqlayıb.

Ölkə miqyasında 33 yaşayış məntəqəsində icazəsiz aksiyaların baş tutduğunu bildirən nazirlik rəsmisi onlara qarşı silahdan istifadə olunmadığını, olaylar zamanı heç kimin xəsarət almadığını vurğulayıb.

Belarus mətbuatı isə Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərdə etirazlar zamanı 39 polisin və 50-dən çox etirazçının xəsarət aldığını iddia edir.