Dörd nazir İSTEFA VERDİ

Livanın Maliyyə naziri Qazi Vəzni istefa ərizəsini yazıb.

ONN media xəbər verir ki, bununla da Beyrut limanındakı partlayışdan sonra hökumətdə istefa verən 4-cü nazir olub.

Qeyd edək ki, daha əvvəl Maliyyə naziri Mair Kloud Nəcm, İnformasiya naziri Mənal Əbdüssəməd, Ekologiya naziri Damianos Qəttar istefa ərizələrini təqdim etmişdi.

Livan mediası Baş nazir Həsən Diabın da Prezident Mişel Auna istefa planını bildirdiyini yazır.