Şəbnəm Tovuzlunun xalası oğlu intihar etdi

Gəncədə intihar hadisəsi baş verib. Gənc oğlan özünü asaraq öldürüb.

ONN media  xəbər verir ki, hadisə “Pasyolka” deyilən yaşayış massivində, İsaq Cəfərov küçəsi bina 10-da baş verib. Yaxınlarının verdiyi məlumata görə, onun xeyli borcu var imiş.

Mərhum ailəli idi.

Hadisə yerində olan əməkdaşımızın məlumatına görə, Şəbnəm xanım mərhumun qardaşı Sübhana 200 manat yardım da edib. Qohumları bildirir ki, vaxtında borcu ödənsəydi, heç bu dəhşətli hadisə də olmazdı. (konkret.az)