Minskdə GƏRGİNLİK DAVAM EDİR: Komendant saatı elan edildi?

Minskdə komendant saatı elan edilməyib.

ONN media  xəbər verir ki, bu barədə Belarusun Nazirlər Şurasının mətbuat katibi Aleksandra İsayeva deyib.

“Yalnız rəsmi xəbər mənbələrinə inanın! Belə bir rəsmi informasiya yoxdur”, – deyə İsayeva bildirib.

Qeyd edək ki, 2 gündür ki, paytaxt Minskin küçələrində etiraz aksiyaları səngimir.