SON DƏQİQƏ: Türkiyədəki zəlzələ Azərbaycanda hiss edildi

Türkiyədə baş verən zəlzələ Naxçıvan ərazisində hiss olunub.

ONN media  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosuna istinadən xəbər verir ki, yerli vaxtla 12.08.2020-ci il tarixində, saat 03:29-da Heydərabad stansiyasından 53 km şimal-qərbdə, Türkiyənin İğdır vilayətində zəlzələ qeydə alınıb.

Zəlzələ Naxçıvanın Sədərək və Heydərabad rayonlarında 3 bala qədər hiss olunub.