“Barselona”nın futbolçusu COVID -19 -a yoluxdu

İspaniyanın “Barselona” klubunun futbolçusu koronavirusa yoluxub.

ONN media xəbər verir ki, klub test nəticəsi müsbət olan oyunçunun adını açıqlamayıb.

Futbolçu və onunla təmasda olan digər şəxslər təcrid olunub. Çempionlar Liqası oyunu üçün Portuqaliyanın Lissabon şəhərinə yola düşəcək heyətdən heç kim həmin şəxslə təmasda olmayıb.

Qeyd edək ki, “Barselona” 1/4 final mərhələsində Almaniyanın “Bavariya” klubu ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 14-də olacaq.