Kürdəmirdə AĞIR QƏZA – Ölən var

Avqustun 11-də saat 17 radələrində Kürdəmir rayonunda ağır yol qəzas baş verib.

ONN media  xəbər verir ki, Sovla kəndi ərazisində Zərdab rayon sakini E.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış kənd sakini Oruc Qurbanova məxsus “T-28” markalı traktora vurub. Nəticədə E.Əzizovun sərnişini, həmyerlisi Tubu Ömərova hadisə yerində ölüb.

Sürücü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.