Gecə Bakıda OLAY: Ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

ONN media xəbər verir ki, avqustun 11-də saat 22 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini E.Rəhimov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub.

Həmin şəxs hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Ölən şəxsin kimliyi bilinmir.