Əcnəbilərlə bağlanan nikahların sayı açıqlandı

“Bu ilin ilk 6 ayı ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə 479 nikah bağlanıb”.

ONN media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar əcnəbi vətəndaşlarla bağlı nikahların sayında azalma var: “Belə ki, 2019-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahların sayı 2 270 olub”.