Məktəblər nə vaxt açılacaq? – Nazir deputatlarla müzakirələr aparır

Təhsil naziri Emin Əmrullayev Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri ilə görüş keçirir.

ONN media xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

Görüşdə əsas müzakirə mövzusu yeni tədris ilinə hazırlıq məsələsidir.