Koronavirusa yoluxan Antonio Banderasdan YENİ XƏBƏR

İspan aktyor Antonio Banderas koronavirusdan sağalıb.

ONN media xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

“21 gün sonra karantin rejiminə intizamla riayət etdikdən sonra Covid-19-a qalib gəldim. Mən sağaldım”, – deyə Banderas yazıb.

Qeyd edək ki, Antonio Banderas avqustun 10-da 60 illik yubileyi günündə koronavirusa yoluxduğunu açıqlamışdı.