“WhatsApp”da yeni funksiyadan XƏBƏR VAR

“WhatsApp” messencerində yeni funksiya işə salınacaq.

ONN media xəbər verir ki, bu funksiya istifadəçilərə alınan fayl və sənədlərin ölçüsünü görməyə imkan verəcək.

Bu, onlara müvafiq audio və ya videofayl, eləcə də sənəd alınarkən telefonun yaddaşında yer təmizləməyə imkan verəcək.

Yeni funksiya işə düşdükdən sonra böyük fayllar xüsusi pəncərədə görünəcək. Bundan başqa, messencerdəki yazışmaların da ölçüsü istifadəçilərə məlum olacaq.

Hələki bu funksiyanın işə düşəcəyi tarix məlum deyil.