Orduya qadınları cəlb edin

Rus ordusuna daha çox qadın cəlb olunmalıdır və qadınlardan ibarət batalyon yaradılmalıdır.

ONN media xəbər verir ki, bu fikri Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski irəli sürüb.

“Bizim kişilərdən daha çox qadınlarımız var. Daha çox qadın orduya cəlb etməliyik. Bu, düşmən ordusunu dəhşətə gətirəcək, qorxacaqlar”, – deyə Jirinovski bildirib.