Risk qrupunda olan müəllimlərlə bağlı – AÇIQLAMA

İki ali təhsil müəssisəsini çıxmaq şərtilə, digər ali təhsil müəssisələrində yaşı 70-dən çox olan müəllimlərin sayı 10 faizdən yuxarıdır.

ONN media  xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib.

“Bu məqsədlə ali təhsil müəssisələrində tədrisin onlayn olması planlaşdırılır. Eyni zamanda risk qrupunda olan müəllimlərin əməkhaqqı saxlanılmaqla, onları başqa müəllimlərin əvəzləməsi planlaşdırılır”, – nazir bildirib.

O əlavə edib ki, magistratura sıxlığı aşağı olan qrup olduğu üçün 1 oktyabrdan dərslərin ənənəvi qaydada təşkili bərpa oluna bilər.