“Laura” 4 nəfərin həyatına SON QOYDU

“Laura” qasırğası nəticəsində ölənlərin sayı 4-ə yüksəlib.

ONN media  xəbər verir ki, bu barədə “CNN” qubernator Con Edvardsa istinadən xəbər verib.

Edvardsın sözlərinə görə, Luizianada qasırğa nəticəsində azı 4 nəfər həlak olub. Onlardan üçü ağacların tikililərin üzərinə aşması zamanı şəxsi evlərində ölüb.

Onların arasında 14 yaşlı qız, yaşı dəqiqləşdirilməyən kişi və 60 yaşlı kişi var. Dördüncü həlak olan barədə məlumat verilmir.