“Bu təklifi kim irəli sürüb?” – Ədalət Şükürovdan Operativ Qərargaha SƏRT REAKSİYA – VİDEO

Əməkdar artist Ədalət Şükürov Operativ Qərargahın bu gün qəbul etdiyi qərarı tənqid edib.

ONN media xəbər verir ki, bununla bağlı “Instagram” hesabında paylaşım edən müğənni muzeylərin və sərgi zallarının açılmasına güldüyünü deyib:

“Saytlardan oxudum ki, ölkə ərazisində muzeylər və sərgi zalları açılıb. Yadınıza salım ki, ölkəyə turist gəlmir. Məktəblər bağlıdır, şagirdlər də muzeyə gedə bilmir.

İnsanların elə əhval-ruhiyyəsi yoxdur ki, muzeylərə getsin. Mənə çox maraqlıdır, bu təklifi kim irəli sürüb? Yəni başqa problemimiz yox idi? Bir problem sərgi, muzey idi, onu da açdınız?!”. (türküstaninfo.az)