SOCAR İsraildə neftayırma zavodu almaq istəyir?

SOCAR İsrailin “Aşdod” neftayırma zavodunu almaqda maraqlıdır.

ONN media xəbər verir ki, bu məlumatı İsrail mətbuatı yayıb. Məlumata görə, zavodun alınması üçün SOCAR-a yerli tərəfdaş lazımdır və Bakı bunun üçün İsraildə bir neçə şirkətlə danışıqlar aparır.

SOCAR-la bərabər, zavodun alınması üçün “Şəfir Andasa” və “Aspen” şirkətləri də çalışır.