DTX əməliyyatı: Saxlanılan şəxslər kimlərdir? – AÇIQLAMA

Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Fərasim Əliyev deyil, onun müavini saxlanılıb.

ONN media  bildirir ki, bunu axar.az-a açıqlamasında Biləsuvar İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Şahin İsgəndərov deyib. O bildirib ki, əməliyyat çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun müdir müavini Ədalət Mürsəlov saxlanılıb, lakin sonradan sərbəst buraxılıb.

Qeyd edək ki, Unikal.org saytı Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Fərasim Əliyevin saxlanılması barədə məlumat yayıb.