Qəbələdə dağlıq ərazidə 5 nəfər köməksiz qaldı

Qəbələ rayonunun Laza kəndində dağlıq və meşəlik ərazidə 5 nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, vətəndaşların olduğu dəqiq yer müəyyən olunduqdan sonra, nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Vətəndaşlar xilasedicilərin köməkliyi ilə təhlükəsiz əraziyə endirilib.